Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Unikal.org-un məlumatına görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevdən 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilib.

Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.