Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Sloveniya çempionatının nə vaxt bərpa olunacağı rəsmən bəlli olub.

Unikal.org xəbər verir ki, yerli federasiyanın rəsmi saytı mili çempionatın iyunun 5-də qaldığı yerdən davam etdiriləcəyini açıqlayıb.

Oyunlar azarkeşsiz keçiriləcək. Bundan başqa, futbolçular, məşqçilər və matçlar zamanı çalışan digər bütün şəxslər gigiyenik qaydalara xüsusi əməl etməlidilər.

Sloveniya kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub.

Qeyd edək ki, Sloveniyada çempionatlar martın əvvəlindən koronavirusa görə dayandırılmışdı. Geridə qalan 25 tur ərzində 50 xal toplamış lider Lyublyana “Olimpiya”sı ən yaxın izləyicisindən 5 xal öndə qərarlaşıb.