Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 17 408 nəfər yoluxub.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 271 628 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 1 179 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 17 971 nəfər təşkil edir.