Rusiyadan fotoqrafiya karyerasını inkişaf etdirmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) köçən 34 yaşlı Culiya Xabibulina Dubayda foto çəkdirmək istəyərkən həyatından olub. 

Unikal.org xəbər verir ki, 34 yaşlı rusiyalı qadın selfi çəkərkən uçurumun kənarına yaxınlaşıb, bu zaman tarazlığını itirərək 10 metr yüksəklikdən yıxılaraq ölüb.  

Bildirək ki, Rusiya mətbuatı hadisənin bu yaxınlarda baş verdiyini və Xabibulinanın təxminən 10 metr yüksəklikdən düşərək öldüyünü açıqlayıb.

Digər tərəfdən, 34 yaşlı Xabibulinanın cəsədinin, koronavirusun yayılması səbəbiylə BƏƏ-dəki bir xəstəxanada Rusiyaya göndərilməsini gözlədiyi öyrənilib. 

Qeyd edək ki, ABŞ-da aparılan bir araşdırmada, 6 il ərzində foto  çəkmək istəyən 278 adam həyatından olub.