Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 271-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 67-ə çatıb.

Ötən sutkada ölənlər 78, 65 və 68 yaşlı kişilərdir. Onların hər üçündə xronik xəstəliklər olub. 

Bildirilib ki, indiyədək 2 419 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 758 aktiv koronavirus xəstəsi var.