Pakistanda dəhşətli hadisə baş verib. 

Unikal. org xəbər verir ki, oğlanla görüntüləri sosial şəbəkədə yayılan 16 və 18 yaşlarında iki yeniyetmə qız ailələri tərəfindən odlu silahla güllələnib.  

Hadisə yerinə polis qrupları cəlb olunub. Odlu silahla vurulan qızların ailələri tərəfindən öldürüldüyü ifadə edilib. 

Vəziristanın şimalındakı bir kənddə meydana gələn hadisədə yeniyetmə qızların ataları və əmiləri tərəfindən öldürüldüyü məlum olub.  Şəxslər həbs olunaraq polis bölməsinə aparılıb. 

Bildirək ki,  ilkin dindirilmə zamanı onlar hadisəni namus üstündə törətdiklərini ifadə ediblər. Cinayəti törədən şəxslər barəsində cinayət işi açılıb.  

Polis məmurları, həmçinin də, videoda görünən və hələ də sağ qalan üçüncü qızla birlikdə videonu çəkən şəxsin xilas edilməsinin prioritet olduğunu açıqlayıb. 

Qeyd edək ki, Pakistanda hər il onlarla qadın “namus cinayəti”nin qurbanı olur.