Rusiyada son sutkada  daha 8 min 764 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org-un xəbərinə  görə, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 308 705 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 135 nəfər artaraq 2 972-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 85 392 nəfər sağalıb.