Livanda yeni növ koronavirus (COVID-19) ilə mübarizə tədbirləri 7 iyun tarixinə qədər uzadılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Livan Ali Müdafiə Şurası, Prezident Mişel Avnın rəhbərliyi ilə, COVID-19 pandemiyası ilə əlaqədar mart ayından bəri görülən tədbirləri müzakirə etmək üçün toplanıb.

Görüşdən sonra edilən yazılı açıqlamada, koronavirusla mübarizədə elan edilən və bazar günü başa çatacağı gözlənilən karantin qərarının daha iki həftə uzadılacağı bildirilib.

İnformasiya naziri Menal Abdussamed mətbuata açıqlamasında yeni halların sayının artdığını və tədbirlərin rahatlaşdırılmaması lazım olduğunu da qeyd edib.  

Həmçinin də, Səhiyyə Nazirliyinin naçıqlamasına görə, ölkədə indiyə kimi koronavirusa yoluxanların sayı 924-ə, ölənlərin sayı isə 26-ya yüksəlib.