Son olaraq “Atletiko Bukaramanqa” klubunda çıxış edən kolumbiyalı futbolçu Alejandro Bernal Azərbaycandan təklif alıb.

Unikal.org xəbər verir ki, bu barədə futbolçu “Liga Deportiva”ya açıqlamasında bildirib. O, təklif aldığı Azərbaycan klublarının adını çəkməyib:

“Mənə hətta Azərbaycandan da təkliflər gəldi. Qərar verərkən, çox diqqətli olmaq lazımdır”.

2012-2017-ci illərdə “Atletiko Nasional”ın şərəfini qoruyan 31 yaşlı futbolçu, 2016-cı ildə bu komandanın heyətində Libertadores kubokunun qalibi olub.