Polşada təsbit edilmiş koronavirus infeksiyası daşıyıcılarının sayı son sutkada 489 nəfər artıb, ümumi yoluxma hallarının sayı isə 19 569 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 12 nəfər koronavirusdan ölüb. Ümumi ölüm hallarının sayı isə 953-ə yüksəlib.