Buraxılış imtahanı iki mərhələli olduğu zaman onun mart ayında keçirilmiş birinci mərhələsində imtahan verən şagirdlər, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qəbul imtahanlarında iştirak edəcəklər.

Unikal.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı müəyyən tövsiyələr nəzərə alınmaqla qaydalar hazırlanıb:

“Buraxılış imtahanı verməyən şagirdlər üçün bölgələr üzrə imtahanların keçirilmə qrafiki bu yaxınlarda elan ediləcək. Artıq orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarında müvəqqəti dəyişiklik edilib. Bu il ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul bir mərhələdə keçiriləcək. Şagirdlərin 3 fənn üzrə bilikləri hər fənn 100 bal olmaqla, ümumilikdə 300 ballıq şkala ilə qiymətləndiriləcək. Lakin bu bal onların orta ixtisas təhsili müəssisələrinə qəbul olması üçün yetərli deyil. Buraxılış imtahanının mart ayında keçirilmiş birinci mərhələsində imtahan verən şagirdlər bir mərhələli qəbul imtahanlarında iştirak edəcəklər".