Rusiyanın Tula şəhərində bir tibb bacısının şəffaf qoruyucu geyim geyinərək xəstələri müalicə etməsi gündəm mövzusu yaradıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi qoruyucu geyim geyinməyərək həm xəstələrin, həm də özünün sağlamlığını riskə atdığı üçün tibb bacısına töhmət cəzası verilib.

Adı açıqlanmayan tibb bacısı çox çətin şəraitdə çalışdıqlarını və isti havada uzun müddət xüsusi geyimdə işləyə bilmədiyi üçün bikini geyindiyini açıqlayıb. Xəstəxana rəhbərliyi isə geyim qaydalarına əməl olunmasına artıq daha ciddi şəkildə nəzarət ediləcəyini bildirib.