"Karantinin  elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar. Karantin dönəmində onlar evdə olublar".

Bunu Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Unikal.org-un "Azərbaycandakı idmançıların durumu " ilə bağlı sorğusuna cavab verərkən deyib. 

Nazirliyin rəsmisinin bildirdiyinə görə, federasiyalar tərəfindən  nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olur:

"Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu deyilib. Bu günə qədər "COVID-19" la bağlı idmançılarda şübhəli heç bir məlumat daxil olmayıb".

Qeyd edək ki, hazırda Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yaayan Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifovun koronavirusa yoluxduğu deyilib.