Sinqapur hökuməti sakinlərə ictimai nəqliyyatda mobil telefonlarla danışmağı qadağan edib. İnsanlar infeksiyaların ötürülmə riskini azaltmaq üçün ictimai nəqliyyatda bir-biri ilə ünsiyyəti minimuma endirməyə çağırılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, iyunun 1-dən sonra ölkənin tədricən karantin rejimindən çıxmasından sonrakı dövrə aid tədbirlərə aiddir.

Sinqapur hökumətinin, Milli İnkişaf naziri Lourens Von “Bilirik ki, bir metrə qədər olan sosial məsafəni saxlamaq nəqliyyatda çox çətin olacaq. Həyat tədricən normal halına dönməyə başlayanda bir çox müəssisələrin fəaliyyəti bərpa ediləcək, məktəblərdə və universitetlərdə dərslər başlayacaq. Buna görə də, bir sıra təhlükəsizlik tədbirləri görməliyik”, deyə bildirib.

O, həmçinin də, qeyd edib ki, metroda və avtobuslarda sakinlər telefonla danışmaqdan və bir-biri ilə ünsiyyətdən çəkinməlidirlər. Bununla yanaşı, qoruyucu maskaların məcburi taxılması davam edəcək.