Çinin Uhan şəhərində meydana gələn və bütün dünyada yayılan koronavirus epidemiyasında yoluxma və ölüm sayının artmasına baxmayaraq, epidemiyanın mənbəyi olan Çindən yeni bir dərman açıqlaması gəlib. 

Unikal.org xəbər verir ki, Pekin Universitetində davam edən araşdırmalara görə, dərman vasitəsinin 2020-ci ilin sonlarında istifadəyə veriləcəyi bildirilir.

Belə ki, dərmanı Kovid-19-a qarşı istifadə olunan digərlərindən fərqləndirən şey, bu dərmanın xəstələrdə koronavirusa qarşı qısa müddətli toxunulmazlıq təmin etməsidir.

Mütəxəssislər, iddia edilən dərmanın peyvənd  almağa ehtiyac olmadan virusun qarşısını ala biləcəyini iddia edirlər. Araşdırma qrupu ilə danışan Sunney Xie, hazırlanan dərmanın heyvan testlərindən keçdiyini açıqlayıb. Xie, dərmanların terapevtik xüsusiyyətlərinin heyvan testlərində sübut edildiyini bildirilib. İdarə edilmiş sınaq mərhələsindən hələ keçməmiş dərmanın 2020-ci ilin sonuna qədər istifadəyə hazır olacağı bildirilir. 

Qeyd edək ki, Çin artıq 5 fərqli koronavirus peyvəndi layihəsində idarə olunan təcrübələrə başlayıb. Bununla birlikdə, mütəxəssislər bildirir ki, koronavirus peyvəndi hazır olmaq üçün 12-18 ay çəkə bilər.