Moskvada marketlərin birində müştəri satıcı tərəfindən döyülüb.

Unikal.org xəbər verir ki, buna səbəb müştərinin dəfələrlə öskürməsi olub. O, elə hesab edib ki, müştəri bilərəkdən ona fokuslanaraq öskürür. Buna görə onun başına butulka ilə vurub.

Yaralanan şəxs dərhal xəstəxanaya aparılıb. Satıcı isə tutulub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.