ABŞ-da son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 1530 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, ABŞ-da indiyədək koronavirusdan ölənlərin sayı 93 594 nəfərə çatıb.

Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunub.