Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, nazirlər koronavirus pandemiyası ilə bağlı son vəziyyəti və bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. XİN başçıları, həmçinin turizm və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.