İspaniyada son sutka ərzində daha 95 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 27 888-ə çatıb. Eyni zamanda son gün ərzində 416 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İspaniyada "Covid-19"a yoluxanların sayı 232 555-ə yüksəlib. Qeyd edək ki, sözü gedən ölkədə son 4 gündür koronavirusdan ölənlərin sayı 100-ü keçmir.