Yeni növ koronavirus (Covid-19) infeksiyası dünyada tüğyan etməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində dünyada 106 mindən çox insan koronavirusa yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom bu məsə ilə bağlı açıqlama verib.

O bildirib ki, bu rəqəm pandemiya yarandığı müddətdən indiyə qədər rekord həddə yüksəlib. Bu günə qədər bir gündə 106 min yeni yoluxma faktı aşkarlanmamışdı.

"Koronavirusla bağlı qarşımızda uzun bir yol var" - deyə ÜST rəsmisi əlavə edib.