Türkiyənin əsas yük daşıyıcısı olan “Turkish Airlines” (“Türkiyə Hava Yolları”) şirkəti beynəlxalq reysləri bərpa edəcək.

Unikal.org xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. Onun sözlərinə görə, daxili uçuşlar iyunun 4-də, beynəlxalq reyslər isə 10 iyunda başlayacaq.

"Sərnişinlər salona əl yüklərini daşıya bilməyəcəklər. Təyyarə salonuna yalnız əl çantalarının götürülməsinə icazə veriləcək", - deyə İlker Aycı bildirib.