Ötən gün ABŞ-ın Nyu-York ştatında koronavirusdan 100-dən çox insan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi və "Twitter" vasitəsilə yayımlanan mətbuat konfransının gedişatında bildirib.

O, qeyd edib ki, son sutkada 112 nəfər COVID-19 infeksiyasının qurbanı olub. Ştatda 82 nəfər xəstəxanalarda ölüb, daha 30 nəfər qocalar evlərində dünyasını dəyişib.

Kuomonun sözlərinə görə, bir gün ərzində xəstəxanalara yerləşdirilənlərin sayı ümumilikdə enib, həmçinin süni nəfəs aparatlarına da az pasiyent qoşulub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.