Malinin cənub-qərbində mikroavtobusla yük maşının toqquşması nəticəsində ən az 20 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər cverir ki,  bu barədə yerli "Malijet" xəbər portalı bildirib.

Qəza Solabuquda və Narena şəhərləri arasında baş verib. Ölkənin nəqliyyat naziri İbrahim Əbdül Li ölən və yaralananların ailələrinə başsağlığı verib və sürücüləri ehtiyatlı olmağa çağırıb.