Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda ağac emalı zavodunda sexlərin biri çöküb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 27 nəfər isə xəsarət olub.

Çökməyə güclü yağış və külək səbəb olub. Hadisə yerində xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.