İŞİD terror təşkilatının ötən il öldürülən sabiq lideri Əbubəkr Əl-Bağdadinin xələfi Abdullah Qardaş İraq xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Milli Kəşfiyyat Xidməti yayıb.

Maraqlıdır ki, saxlanılan terrorçunun fotosu ötən gün təhlükəsizlik məsələləri üzrə iraqlı ekspert Huşam əl-Haşimi tərəfindən yayımlanıb.

Ekspert bildirib ki, Abdullah Qardaş “Əl-Qaidə” terror təşkilatında yüksək nüfuza sahib olub, 2007-ci ildə isə İŞİD sıralarına qoşulub.