Çeçenistan hakimiyyəti mayın 23-dən 26-dək davam edəcək Ramazan bayramının qeyd olunması üçün respublika daxilində gəzintiləri tamamilə qadağan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl respublikanın rəhbəri Ramzan Kadırov müsəlmanların əsas bayramlarından biri olan Ramazanın qeyd olunması ilə əlaqədar dörd gün istirahət elan etmiş, koronavirusun yayılması təhlükəsi səbəbindən vətəndaşları bu il evlərində qalmağa və ziyarətə getməməyə çağırmışdı.

Bu müddət ərzində nazirliklər, xəstəxanalar və təcili tibbi yardım xidmətlərindən başqa qurumlar da işləməyəcək.

Özünütəcrid rejimini pozanlar cəzalandırılacaq.

Qeyd edək ki, Regional Səhiyyə Nazirliyinin məlumatına görə, respublikada 1 005 nəfər koronavirusa yoluxub, onlardan 620-si sağalıb, 11-i ölüb.