Hindistan və Banqladeşin sahil bölgələrində “Amfan” qasırğasının yol açdığ güclü yağış və fırtına nəticəsində 14 nəfər həyatını itirib, milyonlarla insan isə evlərindən təxliyyə edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, Benqal körfəzində meydana gələn və sürəti saatda 185 kilometrə çatan “Amfan” qasırğası nəticəsində bir çox ev və əkin sahələri ziyan görüb, ağaclar isə kökündən sökülüb. Güclü qasırğa körpülərin dağılmasına, evlərin tavanının uçmasına səbəb olub, bir çox bölgələrə elektrik enerjisinin verilməsi kəsilib.

Qasırğa səbəbindən Hindistan və Banqladeşdə ümumilikdə 3 milyona yaxın insan təxliyyə olunub.

Qeyd edək ki, “Amfan” qasırğası Benqal körfəzində qeydə alınan ən güclü qasırğa olaraq bilinir və sürəti saatda 270 kilometrə qədər çata bilir.