Ukraynada daha 476 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 19 706-ya çatıb.

Unial.org xarici KİV-ə istinadən  xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 579-a yüksəlib.

İndiyədək Ukraynada 6 227 nəfər koronavirusdan sağalıb.