Koronavirus pandemiyasının meydana gəldiyi Çinin Uhan şəhərində mövcud olan vəhşi heyvan bazarlarının fəaliyyətinə son verilib. 

Unikal.org xəbər verir ki, Çinin Hubey əyalətində 11 milyon əhalisi olan Uhan şəhərində yerli rəhbərlik bütün vəhşi heyvanların yeməyə rəsmi qadağan edildiyini açıqlayıb. 

Uhan rəhbərliyi bütün vəhşi heyvanların çoxalmasına  ciddi nəzarət tətbiq olunduğunu, onların ovlanmasını və yeyilməsini qadağan etdiyini bildirib. 

Bildirək ki, dekabr ayında meydana gələn epidemiyadan sonra Çin höküməti  yanvar ayında bütün vəhşi heyvan ticarətini dayandırıb. 

Bununla birlikdə vəhşi heyvan ətinin hələ də Çində və digər ölkələrdə satıldığı barədə məlumatlar var.