ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koen COVID-19 pandemiyası fonunda bu həftə vaxtından əvvəl həbsxanadan azad olunacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Koen həbsxanadan cümə axşamı azad ediləcək və gözlənildiyi kimi, cəzasının 2021-ci ilin noyabrına qədərki çəkilməmiş hissəsindən azad olacaq.

Sabiq vəkil Otisvilledəki (Nyu-York ştatı) federal həbsxanada üç illik həbs cəzası çəkir. Bu cəzaçəkmə müəssisəsində 14 məhbus və 7 əməkdaşın koronavirus testi müsbət nəticə verib.

Koen 2018-ci ilin dekabrında azadlıqdan üç il müddətinə məhrum olunub. Nyu-Yorkun Cənubi Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın keçmiş vəkilini seçki kampaniyası qanunlarını pozduğuna görə həbs cəzasına məhkum edib.