Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb.

Komitədən Unikal.org-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb:

"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".

*** 12:16

Bakıda xanım intihara cəhd edir.

Unikal.org xəbər verir ki, orta yaşlı qadın paytaxtın Nərimanov rayonunda Atatürk parkının yanında yerləşən kürpünün üzərindən atlayaraq intihar etmək istəyir.Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Famil Fərhadoğlu