Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan həmin ölkə vətəndaşının “Volvo” və Azərbaycan vətəndaşının “DAF FTXF 105” markalı yük nəqliyyat vasitələri saxlanılıb. Baxış zamanı həmin avtomobillərin gizli saxlanc yerlərindən 6 ədəd “iPhone 11 Pro Max Midnight Green 256 GB” və 2 ədəd “iPhone 11 Pro Max Midnight Green 64 GB” markalı mobil telefonlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.