Türkiyənin Adıyaman ərazisində qadın oğlunu və qardaşının arvadını qətlə yetirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Zeynəb D. yeddi yaşlı oğlu Əli D. və 36 yaşlı qardaşı arvadı Sultan D. ilə mübahisə edib.

Daha sonra o, mətbəx bıçağı ilə qadınla uşağın boğazlarını kəsib.

Hadisə yerinə gələn tibb işçilərinin müdaxiləsinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Polis təqsirləndirilən Zeynəb D.-ni küçədə gəzdiyi zaman tutub. Xəstəxanaya müayinəyə gətirilən qadın polislərdən öldürdüyü oğlunun vəziyyətini soruşub. Onun bipolyar-affektiv sinir pozğunluğundan əziyyət çəkdiyi bildirilir.