Rusiyada qəribə bir aksiya baş tutub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iş adamları yığışaraq, biznesləri üçün dəfn mərasimi keçiriblər.

Belə ki,  video Sverdlovsk vilayətində çəkilib. Zareçnıy şəhərində “Qalaktika” ticarət kompleksinin işçiləri binanın qarşısına tabut gətirərək, vida mərasimi təşkil ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərindən sonra biznesləri “ölüb”.