Əvvəlki vaxtlarla müqayisədə ölkədə karantin dövründə ağackəsmə halları azalıb.

Unikal.org-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bu zaman ərzində ölkədə ağackəsmə ilə bağlı 3 qanun pozuntusu aşkarlanıb: “Karantin rejimi dövründə 3 ağackəsmə faktı qeydə alınıb. Bu hadisələrlə bağlı nazirlik olaraq hüquq-mühafizə orqanlarına məlumat vermişik. Misal üçün, onlardan biri - Lerik sakini 3 saatlıq sms icazəsi alıb və mağazaya getmək adı ilə yaşadığı ünvandan 10 kilometr aralıda yerləşən meşəyə gedib, orada ağac kəsməyə cəhd göstərib".