Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki epidemioloji vəziyyətin tədricən yaxşılaşdığını bildirib.

Unikal.org xaric KİV-ə istinadən xəbər verir ki,  ölkə prezidenti deyib ki, hələ arxayınlaşmaq olmaz.

Belarus lideri qeyd edib ki, bu yolu sona qədər getməli və bunu hamıya, xüsusən də ölkədə yaşayan hər kəsə sübut etməliyik: “İnsanların həyatı üçün mübarizə aparmalıyıq. Var gücümüzlə insanları xilas etməliyik. Çünki yalnız bir göstərici qalacaq – ölüm”.

A.Lukaşenko təşkilatçılıq bacarığına görə Belarus həkimlərinin və müvafiq nazirliyin işini yüksək qiymətləndirib.