ABŞ-da tibb işçisi sosial şəbəkə hesabından koronavirusa yoluxduqdan sonrakı halını paylaşaraq izləyicilərinin təəccübünə səbəb olub. 

Unikal.org xəbər verir ki, koronaya tutduqdan sonra 6 həftə müalicə alan 43 yaşlı tibb işçisi Mike Schultz 22 kilo itirib.

Əvvəlcə simptomları yüngül olan Schultz, ağciyərləri nəfəs ala bilməyəndə reanimasiyaya alınıb. 6 həftə müalicə alan və nəfəs alma qurğusuna qoşulan Schultz, sosial şəbəkə hesabından sağalsa da, bu müddətdə bədəninə vurduğu ziyanı bölüşüb.

Xəstəliyə qədər 86 kilo olan, müalicədən sonra 22 kilo itirən tibb işçisi 64 kiloya düşüb. 

Həmçinin də, Mikenin açıqlamasında,  “Cib telefonumu da saxlaya bilmədim, çox ağır idi. Əllərim titrədiyi üçün heç nə yaza bilmirdim. Bu xəstəliyin nə qədər ciddi olduğunu və bunun sizə necə təsir etdiyini göstərmək istədim” deyərək virusa yoluxmamışdan əvvəlki halını və indiki vəziyyətindən foto paylaşıb.