“Netflix”də yayımlanan “Aşk 101” serialının aktyorları Alina Boz və Kubilay Aka “Alem” dərgisi üçün obyektivlər qarşısına keçib.

Unikal.org xəbər verir ki, sənətçilərin fotoları sosial mediada paylaşılıb.

Onların birlikdə çəkdirdiyi şəkillər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Ən çox müzakirə edilən isə Kubilay Aka olub. Onun özünü Burak Özçivitə bənzətdiyini iddia ediblər.