Kembric Universiteti koronavirus təhlükəsi səbəbindən növbəti tədris ilində də təhsili onlayn şəkildə davam etdirəcək.

Unikal.org xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb. Universitet heyəti 2021-ci ilin yayına kimi dərsləri onlayn formada davam etdirməyi planlaşdırır.

Kembric Universitetindən verilən məlumata görə, mühazirələr demək olar ki, gələn ilin yayına qədər distant formada davam edəcək, lakin virus tamamilə yox olarsa, kiçik qruplar şəklində ənənəvi tədrisə keçid edilə bilər.