İspaniyada son sutka ərzində daha 48 nəfər koronavirusdan ölüb. Bu göstərici ötən gün 95 idi.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 940-a çatıb. Eyni zamanda son gündə 344 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İspaniyada "Covid-19"a yoluxanların sayı 233 037-ə yüksəlib. Qeyd edək ki, son günlərdə sözü gedən ölkədə koronavirusa yoluxanların və bu səbəbdən dünyasını dəyişənlərin sayında azalma müşahidə olunur.