Jurnalist Həbib Müntəzir bu gün dövlət başçısı İlham Əliyev tərəfindən vəzifəsindən azad edilən Rüstəm Usubovun nəhəng varidatının siyahısını paylaşıb. Jurnalist qeyd edir ki, siyahıda adlarını yazdığı sərvət yalnız ona məlum olanlardır. Rüstəm Usubovun nəhəng biznes səltənəti siyahısında qızıl-brilliant kolleksiyası, özəl sifarişlə yığılmış avtomobillər, hotellər, tibbi klinikalar, tikili hündür binalar, Bakıda bir neçə dənə 5 milyonluq mənzillər və villalar, restoranlar, Fransa, Almaniya və Türkiyədə bahalı mənzilləri, aptek, kafe və çoxmərtəbəli çay evləri, dükanlar şəbəkəsi, market, təndirxana, hətta ət dükanları belə var.

Unikal.org həmin siyahını təqdim edir:

  • Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri,
  • Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villai,
  • 28 may küçəsində 4 otaqli mənzil,
  • Naxçıvanidə 4 otaqli mənzil,
  • Səməd Vurğun küçəsində bir blokda 3 ədəd mənzil,
  • Yasamalda 3 yeni mənzil,
  • İçəri Şəhər metrosu yaxınlığında 2 yeni mənzil
  • 12 ədəd hərəsinin dəyəri iki yüz minlik mənzil
  • Neftçilərdə Xəzər universitetinin yanında yeni tikili 4 bina
  • Xalqlar dostluğunda yeni tikilir 2 bina
  • D. Bünyadzadə küçəsində Xəmirçi Təndirxana və Market
  • Onun yaxınlığında Ət dükanları,
  • Yasamalda, D.Bünyadzadə küçəsində "Səbət" kafesi,
  • Yeni Yasamaldakı Şakoroll restoranı,
  • Tikinti materialları dükanı,
  • "Elit" kişi salonu,
  • Yasamalda bir aptek,
  • Böyük Alman malları dükanı,
  • Gəncə məhsulları adında dükan şəbəkələri,
  • 9-cu Mikrarayonda Karaoke kafesi,
  • Ayna Soltanovanın arxasında "Oazis Lido" restoranları.
  • Moskvada bir bağ evi
  • Fransada mənzili var
  • Ayna Soltanovada Hotel
  • "Təzə Bazar"la üzbəüz binada hərəsi 4 yüz min manatlıq 2 mənzili,
  • Hüseyn Cavid prospektində Mirvari Park kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil,
  • 9 -cu mikrarayonda 3 mərtəbəli çay evi,  
  • 4 avtomobil Land Cruser, Audi, BMW, Mercedes Maybach.
  • Təzə bəy hamamının yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil, Hüseyn Cavid prospektində Mirvari Park yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan 2 mənzil,
  • Rəşid Behbudov prospektində Xarici dillər universitetinin yanında 2 mənzil hərəsinin dəyərləri 1 milyon,
  • Türkiyə Bodrumda mənzil, Almaniyada mənzil,
  • Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan iki villa,
  • 3 avtomobil: Lexus markalı 005 nömrəli, Maseratti, BMW.
  • Yoldaşı Kəmalə Usubova milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır.
  • Kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi mayor Vüqar Abdullayev.
  • İkinci kürəkəni Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir.
  • Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi nazirliyinin aparat rəhbəri.
  • Kiçik kürəkəni Zaur vergilərdə audit şöbəsinin rəisidir.
  • Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib.
  • Qaynı Abidinov Eminin “DƏNİZ EA” MMC şirkəti var.