"Fənərbaxça"nın sabiq idman direktoru Damien Komolli klub prezidenti olmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, fransalı futbol funksioneri "Tuluza" klubuna rəhbərlik etməyə çox yaxındır.

Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Liqa1-də sonuncu yeri tutaraq aşağı liqaya göndərilən "Tuluza"nın səhmlərinin 85 faizi satılır. Amerika şirkəti "RedBird Capital Partners"lə danışıqlardan sonra ilkin razılıq əldə olunub. Adıçəkilən şirkəti təmsil edən Komollinin "Tuluza"ya prezident vəzifəsinə təyin olunması gözlənilir.

Qeyd edək ki, Damien Komolli yanvarda "Fənərbaxça"nın idman direktoru vəzifəsindən istefa verib.