Dünyada yeni koronavirus infeksiyasına yoluxan insanların sayı arrıb. Belə ki, sutkada 103 mindən çox artaraq 4,89 milyonu keçib. Eyni zamanda, koronavirusla əlaqəli ölüm hallarının sayı 4 mindən çox artaraq 323 mini keçib.

Unikal.org-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Bildirilib ki, dünyada 4 893 186 yoluxma və 323 256 ölüm halları qeydə alınıb. Sutka ərzində daha 103 981 nəfər yoluxub, 4,467 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 166 003. Sutka ərzində burada yoluxanların sayı 60 603 nəfər artıb. Orada ölənlərin sayı 2 806 nəfər artaraq 128 649 nəfərə çatıb. Avropada 1 946 610 yoluxma və 170 283 ölüm faktı qeydə alınıb. 24 saat ərzində bu bölgədə yoluxanların sayı 17 811, ölüm halları isə 1250 nəfər artdı.

Dünyada yoluxanların sayına görə üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 21-nə olan vəziyyətə görə, orada 376 379 yoluxma halı aşkarlanıb, 10 468 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 14 477 nəfər artarıb, 165 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi gösəticilər əsasında hazırlanır.