Suriyada Dəməşq İnzibati Məhkəməsi suriyalı sahibkar, “Syriatel” mobil operatorunun rəhbəri, prezident Bəşşar Əsədin əmisi oğlu Rami Makhloufun ölkəni tərk etməsinə qadağa qoyub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Qeyd olunub ki, qərarın qəbul edilməsinə səbəb onun dövlətə olan borcudur.

“Syriatel” Suriyadakı ən böyük mobil operatordur (bazarın 70% -i) və bu şirkətin dövlətə borcu 334 milyon ABŞ dollarıdır.

Daha əvvəl, Rami Makhlouf borcunun yalnız bir hissəsini (178,5 milyon ABŞ dolları) ödəməyə hazır olduğunu bəyan edib.