Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234 və 150-ci maddələri ilə məhkum olunmuş Zamiq Cəbiyev saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1.208 qram heroin aşkar olunaraq götürülüb.