Bakıda qətl hadisəsi baş verib.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə mayın 21-i saat 21 radələrində qeydə alınıb.

Binəqədi rayonu, Cavadxan küçəsində yaşayan 1980-cı il təvəllüdlü Hafiz Əsgərov qısqanclıq zəminində binanın liftində arvadı, 1980-cı il təvəllüdlü Könül Əsgərovaya bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Famil Fərhadoğlu