Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi Vladimir Leninin nəşini satmaq təklifini irəli sürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə  sosial şəbəkə hesabı “Twitter”da yazıb.

Belə ki, V.Jirinovski hesab edir ki, dünya proletariatının liderinin nəşi büdcəyə vəsait qazandıra bilər.

“Fransada biznesmen “Cokonda”nın rəsmini satmaq istəyir. Biz Leninin mumiyasını sata bilərik. Alıcılar tapılacaq -  Çin, Vyetnam və ya hansısa bir kommunist. Lenin 96 il əvvəl mumiyalaşdırılıb və yaxşı vəziyyətdədir” deyə bildirib.