Ötən gün Rusiyada 8 min 894 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Unikal.org xəbər verir ki, gün ərzində 150 xəstə vəfat edib, 7144 nəfər sağalıb. Yoluxanların 2988 nəfəri Moskva sakinidir.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 326 min 448 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 99 min 825 nəfər sağalıb, 3249 xəstə vəfat edib.