Moldovada parlamentin bütün deputatları koronavirusla əlaqədar karantinə alınıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Millət vəkillərinin hamısı öz hesabına COVID-19 testindən keçməli olması barədə göstəriş verilib. 

Qeyd edək ki, bir gün əvvəl Moldova Demokrat Partiyasından deputat Yevgeni Nikiforçuk koronavirusa yoluxduğunu elan edib. Buna qədər isə o, 15 parlamentarinin olduğu fraksiya iclasında iştirak edib.