“Azərbaycanda epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək sağalanların sayında ciddi artım əldə edə bilərik”.

Unikal.org xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri qeyd edib ki, ötən həftə 365 nəfər virusdan sağalaraq evə buraxılıb:

“Vəfat edənlərin sayına gəlincə, ötən həftə bu rəqəm 7 idisə, bu həftə də daha 7 nəfər təşkil edir”.